Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamı əsasında təşkil olunmuşdur.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir.

İdarənin tabeliyində 394 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan başqa 3-ü internat tipli məktəb, 58-i məktəbəqədər təhsil müəssisəsi və 10-u isə məktəbdənkənar təhsil müəssisəsidir.