Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan "Məktəblərin valideynlər qarşısında illik hesabatı" layihəsi davam edir.
Layihənin keçirilməsində məqsəd valideyn və məktəb əməkdaşlığını gücləndirmək, valideynlərin tədris prosesində aktiv iştirakını təmin etməkdir.
Bu məqsədlə sentyabrın 10-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbinin rəhbərliyi tərəfindən valideynlərlə görüş keçirilmişdir.
Görüş zamanı 2023-2024-cü tədris ilində görülmüş işlər və həyata keçirilən layihələr barədə valideynlərə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda, yeni tədris ilində qarşıda duran hədəflər müzakirə edilmiş və görüş iştirakçılarına məktəbdə tətbiq olunacaq layihələr barədə məlumat verilmişdir.
Eyni zamanda Respublika fənn müsabiqələri və Respublika fənn olimpiadalarında qazanılan uğurun səbəbkarı olan şagirdlərimiz və onların fənn müəllimləri barədə valideynlərə məlumat verilmişdir.
XƏBƏRİN LİNKİ: https://www.facebook.com/GubaKhachmazRegional.edu.gov.az/posts/pfbid02bgzTSYVoc6tvN1PkjRLvyqdCrmfz5SnFiF5sv4UkNGBoNt69chnJZRGxnHGwqPWtl
Yeni Şərh