"Sehrli Novruz" adlı möhtəşəm bayram konserti bu dəfə Xaçmaz rayonunda keçirildi.
18 mart 2025-ci il tarixində Xaçmaz rayonunda Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Sehrli Novruz" adlı möhtəşəm bayram konserti keçirilmişdir.
Bayram konsertində Xaçmaz rayonu üzrə təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunmuşdur.
Bayram tədbirində Xaçmaz və Qusar rayon Uşaq-Gənclər İdman Şahmat məktəblərinin yetirmələri maraqlı çıxışlarını nümayiş etdirmişlər.
Konsertin bədii hissəsi Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları maraqlı çıxışlarla davam etdirilmişdir.
Bayram konsertinin təşkil olunmasında məqsəd Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, habelə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır.
Yeni Şərh