“Fest Payız” adlı tədbir keçirilib

16 dekabr 2025-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırladığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fest Payız” adlı tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Xaçmaz rayon təhsil sektorunun rəhbərliyi, müəllimlər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində qonaqlar şagirdlər tərəfindən hazırlanmış, payız fəslini əks etdirən rəsm əsərləri ilə tanış olublar.

Daha sonra Xaçmaz rayonu uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin hazırladığı rəqs nümunələri, musiqi ifaları və bədii qiraətlər tədbir iştirakçılarına təqdim olunub. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbir uşaqların yaradıcılıq bacarıqlarının nümayiş etdirilməsi baxımından xüsusi maraq doğurub.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ