“Sehrli rənglər” adlı festival keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Sehrli rənglər” adlı festival keçirilib.
Zəfər Parkında keçirilən festivalda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təhsil və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində Xaçmaz rayonu üzrə ümumtəhsil məktəblərini təmsil edən 200-ə yaxın şagird canlı olaraq rəsm bacarığını nümayiş etdirib. Məktəblilər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, “Konstitusiya və Suverenlik İli”nə, eləcə də digər mövzulara dair rəsmlər çəkiblər. Bundan başqa, şagirdlər aplikasiyalarla öz əl işlərini hazırlayıblar.
Ümumilikdə çəkilən rəsmlər, qədim əşyalardan ibarət guşə və aplikasiyalardan ibarət stendlər iştirakçılar tərəfindən maraqla izlənilib.
Bədii hissədə şagirdlərin ifasında səslənən şeir və mahnılar, eləcə də müxtəlif rəqs nömrələri tədbirə xüsusi zövq qatıb.
Yeni Şərh