Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu uşaq-gənclər inkişaf mərkəzi Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli, 2314 nömrəli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 07 sentyabr 2022-ci il tarixli, F-429 nömrəli Əmrinə əsasən Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Tarix yazan Qəhrəmanlar” adlı yubiley konserti keçirmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Quba rayonu üzrə Təhsil Sektorunun müdiri Pərviz Nurməmmədov, eləcə də şəhid anaları iştirak ediblər.
Yubiley tədbiri çərçivəsində şagirdlərin bütöv Azərbaycanı tərənnüm edən rəsmlərindən ibarət sərgi nümayiş olunub, həmçinin maraqlı rəqs nömrələri və bədii çıxışlar təqdim edilib.
Yeni Şərh