3 oktyabr 2024-cü il tarixində Quba şəhərində Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini dərin hörmətlə yad etmişlər.

Quba şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, təhsil işçilərini peşə bayramı münasibətilə təbrik etmişlər.

Sonda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan və ötən tədris ilində uğurları ilə fərqlənən müəllimlər fəxri fərmanlarla təltif olunmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #MüəllimlərGünü