Xaçmaz şəhərində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini dərin hörmətlə yad ediblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda görülən işlərdən ətraflı danışıblar. Bildiriblər ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.





Yeni Şərh