"Gənc xilasedici və yanğınsöndürən” yarışlarının final mərhələsi keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” X Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin final mərhələsi keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası "Gənc xilasedici və yanğınsöndürən" XII Ümumrespublika yarışmasında II yerə layiq görülüb.

Komanda üzvləri:

1. Osmanov Sübhan (kapitan)

2. Mahmudov Fəqan

3. Nizamov Pünhan

4. Aslanov Umud

5. Əliyeb Əfrayim

6. Çobanov Vüsal

7. Qardaşəliyev Nihad

Komandanın rəhbəri: Aslan Ələskərov

Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

#MÜTDA #EduAZ #QubaXaçmazRTİ