Ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilir
Həftə çərçivəsində şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki fəallığın təşviqi məqsədilə müxtəlif maarifləndirici və əyləncəli proqramlar həyata keçirilmişdir.
3 mart tarixində idman nailiyyətləri ilə seçilən idmançılarla görüş təşkil edilmişdir. Görüş zamanı qonaqlar öz uğur hekayələrini şagirdlərlə bölüşmüş, idmanın insan həyatında rolu, nizam-intizamın və məqsədyönlülüyün əhəmiyyəti barədə ətraflı məlumat vermişlər. Şagirdlər onları maraqlandıran sualları ünvanlayaraq idman sahəsində uğur qazanmağın yolları barədə faydalı tövsiyələr əldə etmişlər.
Eyni zamanda, idman viktorinası keçirilmiş, şagirdlər Olimpiya oyunlarının tarixi, Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı nailiyyətlər və müxtəlif idman növləri haqqında biliklərini nümayiş etdirmişlər.
“Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda təşkil olunan əl işləri və rəsm sərgisi isə tədbirə xüsusi rəng qatmışdır. Şagirdlərin yaradıcılıq nümunələrində idmana sevgi, qələbə əzmi və dostluq kimi dəyərlər öz əksini tapmışdır.
Yeni Şərh