Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu Uşaq Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis idman növü üzrə yığma komandasının 3 üzvü “İdman ustalığına namizəd” dərəcəsinə layiq görülüb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 17 sentyabr 2026-cı il tarixli əmrinə əsasən, stolüstü tennis üzrə Vaqif Babayev, Ruslan Kərimov və Zərbah Muradov “İdman ustalığına namizəd” dərəcəsi alıblar.

İdmançıların məşqçi-müəllimi Cavadov Zakirdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi olaraq idmançıları və məşqçi-müəllimi bu uğur münasibətilə təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq.