Şəhidlərin əziz xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş məktəbli oğlanlar arasında Quba rayon minifutbol turniri keçirilib.

Minifutbol turniri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu üzrə bir sıra ümumtəhsil müəssisələri arasında təşkil olunmuşdur.

Turnirin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, komanda ruhunun gücləndirilməsi, həmçinin gənclərdə vətənpərvərlik hisslərinin və şəhidlərimizin xatirəsinə ehtiramın aşılanması olub.

Yarış 1–18 iyun 2026-cı il tarixlərində keçiriləcək və rayonun ümumtəhsil məktəblərinin komandalarını bir araya gətirəcək. Turnirin qalibləri təşkilatçılar tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.