
Qızıl medal qazandılar!
13 aprel 2025-ci il tarixində Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbinin boks idman növü üzrə yetirmələri böyük uğura imza atıblar.
Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova (40 kq çəki dərəcəsində) və Xumar Cəfərli (70 kq çəki dərəcəsində) mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.
İdmançılarımızı təbrik edir, gələcək yarışlarda da onlara uğurlar arzu edirik!
Məşqçi: Yasəf Quliyev
Yeni Şərh