2024-cü il 5-13 dekabr tarixlərində Bakı şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şahmat idman növü üzrə respublika çempionatının final mərhələsi keçirilmişdir.
7 yaşadək qızlar arasında respublika birinciliyində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançısı İnci Cəbrayılova ikinci yeri tutaraq gümüş medalla və Elm və Təhsil Nazirliyinin II dərəcəli diplomu ilə təltif edilmişdir.
İnci Cəbrayılova, 2025-ci ilin may ayında Rumıniyanın Mamaiya şəhərində keçiriləcək Məktəblilərin Avropa Çempionatında ölkəmizi təmsil edəcəkdir.
#ElmVəTəhsilNazirliyi #MÜTDA #EduAz #QubaXaçmazRTİ

Yeni Şərh