Ümumi təhsil müəssisələrində “İdman həftəsi” davam edir
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “İdman həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir. 4 mart tarixində şagirdlərin sağlam həyat tərzinə marağının artırılması və fiziki fəallığının təşviqi məqsədilə bir sıra maarifləndirici və idman yönümlü tədbirlər təşkil olunmuşdur.
Sağlam qidalanma” mövzusunda keçirilən maarifləndirmə tədbirlərində şagirdlərə düzgün qidalanma vərdişləri, vitamin və mineralların orqanizm üçün əhəmiyyəti, zərərli qidaların mənfi təsirləri barədə məlumat verilmişdir. İnteraktiv müzakirələr zamanı şagirdlər sağlam qidalanmanın gündəlik həyatdakı rolu haqqında fikirlərini bölüşmüşlər.
Eyni zamanda “Sağlam həyat tərzi” mövzusunda rəsm müsabiqəsi təşkil olunmuşdur. Şagirdlər idmanın, düzgün qidalanmanın və aktiv həyat tərzinin əhəmiyyətini əks etdirən rəsmlərlə öz yaradıcılıq bacarıqlarını nümayiş etdirmişlər.
“Ən sürətli şagird” adlı qaçış yarışı isə böyük maraq və coşqu ilə qarşılanmışdır. Şagirdlər yarışda fəal iştirak edərək yüksək əzmkarlıq və idman ruhu nümayiş etdirmişlər.
Keçirilən tədbirlər şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki aktivliyin təşviqi baxımından əhəmiyyətli olmuşdur.
Yeni Şərh