Ümumi təhsil müəssisələrində “İdman həftəsi” davam edir
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İdman həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir.
Həftə ərzində şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və fiziki fəallığın gücləndirilməsi məqsədilə müxtəlif idman yarışları təşkil olunmuşdur. Keçirilən tədbirlər çərçivəsində “Şən startlar” estafet yarışları, basketbol və badminton yarışları, eləcə də qol güləşi üzrə maraqlı və rəqabətli yarışlar baş tutmuşdur.
Yarışlarda şagirdlər böyük həvəslə iştirak etmiş, komanda ruhu, çeviklik və fiziki hazırlıq nümayiş etdirmişlər. Tədbirlər şagirdlərin sağlam həyat tərzinə marağının artırılmasına və idmana olan sevgisinin gücləndirilməsinə töhfə vermişdir.
Yeni Şərh