“Şən estafetlər” yarışının region turu keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü, rayon (şəhər) təhsil sektorları və ümumi təhsil müəssisələrinin təşkilatçılığı ilə 7–13 yaşlı şagirdlər arasında “Şən estafetlər” əyləncəli-idman yarışının region turu keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin və kütləvi idmanın təbliği, həmçinin şagirdlərdə komanda ruhunun, qarşılıqlı əməkdaşlıq və çevik qərarvermə bacarıqlarının formalaşdırılmasıdır.

Region turunda yaş qrupları üzrə nəticələr aşağıdakı kimi olub:

7–9 yaş qrupu:

 I yer – Xaçmaz şəhəri Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəb

 II yer – Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta məktəb

 III yer – Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəb

10–11 yaş qrupu:

 I yer – Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb

 II yer – Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəb

 III yer – Şabran rayonu Dəvəçi kənd tam orta məktəbi

12–13 yaş qrupu:

 I yer – Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta məktəb

 II yer – Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəb

 III yer – Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəb.