İyunun 11-də Sumqayıt şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda güclərini sınayıblar. Final oyunlarında Sumqayıt şəhər komandası birinci, Sabunçu rayon komandası ikinci, Xaçmaz rayon komandası isə üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, bu il “Şahin” hərbi-idman oyunu ümumilikdə 22 min məktəblini əhatə edib.
#MÜTDA #EduAz #ŞahinHərbiOyunları





Yeni Şərh