Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi, Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis dərnəyinin üzvü Tunar Bağırov, seçmə komandanın tərkibində Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc mükafata layiq görülüb.

Məşqçi-müəllim: I kateqoriyalı baş məşqçi-müəllim Zakir Cavadov.

Qeyd edək ki, stolüstü tennis üzrə nəticələrinə görə, Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Respublika üzrə III yerdədir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ