🏁 “Zəfərə Doğru Qaçış” – Zəfər Gününə həsr olunmuş kross yarışı keçirildi! 🇦🇿

8 Noyabr – Zəfər Günü münasibətilə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan “Zəfərə Doğru Qaçış” adlı kross yarışı 7 noyabr 2025-ci il tarixində Xaçmaz Olimpiya İdman Kompleksində keçirilib.

Yarışın məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və bacarıqlı idmançıların üzə çıxarılması olub.

VI–VIII və IX–XI siniflər üzrə qızlar və oğlanlar kateqoriyalarında keçirilən kross qaçışında iştirakçılar fərdi qaydada mübarizə aparıblar.

Nəticələrə əsasən qaliblər müəyyən olunub və Quba–Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən diplom və mükafatlarla təltif ediliblər. 🏅

#EduAz #QubaXaçmazRTİ #MÜTDA