3 noyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş taekvondo üzrə rayon çempionatı keçirilmişdir. Yarışda 16 çəki dərəcəsində 84 məktəbli oğlan və qız çempion adı uğrunda mübarizə aparmışdır.
Yarışın nəticələrinə əsasən, hər çəki dərəcəsində qalib gələnlər müvafiq medal və diplomlarla təltif edilmişdir.





Yeni Şərh