Xaçmaz rayonunda 3 iyun – Beynəlxalq Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilmişdir.
Veloyürüş Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektoru, eləcə də Xaçmaz Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Xaçmaz Rayon Heydər Əliyev Mərkəzindən başlayaraq Zəfər Parkına qədər olan marşrut üzrə həyata keçirilib. Veloyürüşün keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, velosiped idman növünün tanıdılması və gənclər arasında idmana marağın artırılması olub.
Tədbirdə 100-ə yaxın həvəskar velosipedçi iştirak edib.




Yeni Şərh