14–18 may 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində kinqboksinq idman növü üzrə WAKO Türkiyə Açıq Dünya Kuboku keçirilmişdir. Yarışda 43 ölkədən 3500-dən çox idmançı iştirak etmişdir.

Bu nüfuzlu turnirdə Quba şəhəri Zaur Cəfərov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Atabəy Şirinov uğurla çıxış edərək kinqboksinq idman növü üzrə I yerə layiq görülmüş və dünya çempionu adını qazanmışdır.

Şagirdimizi təbrik edir, uğurlar arzu edirik.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ