16 may 2026-cı il tarixində Bakı Kristal Zalında Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə First Person View (FPV) Drone – Dron İdmanı üzrə Respublika turniri keçirilmişdir.
Turnirdə Qusar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Nazir Ağaliyev uğurla çıxış edərək III yerə layiq görülmüşdür.
Nazir Ağaliyevin mentoru David Əliyev olmuş, hazırlıq prosesi boyunca ona yaxından dəstək göstərmişdir.
Nazir Ağaliyevi qazandığı bu nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!
Yeni Şərh