IV Landau şahmat festivalı başa çatdı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Landau School Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən IV Landau Şahmat Festivalı uğurla başa çatmışdır.

Festivalda ölkənin 26 şahmat məktəbi və klubunu təmsil edən 150 şahmatçı, 8, 10 və 12 yaş qruplarında birincilik uğrunda mübarizə aparmışdır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şahin Allahyarov adına Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şahmatçısı Ziya Qubatov 9 oyundan 8 xalla (7 qələbə,2 heç-heçə) l yeri tutaraq festivalın qalibi olmuşdur.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ