Azərbaycanda ilk dəfə! Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

İyunun 20-də Bakı Kristal Zalında ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının (MRİO) açılış mərasimi baş tutacaq.

Azərbaycanın müxtəlif bölgələrindən məktəblilər bu olimpiadada bir araya gələcək və bir çox idman növləri üzrə mübarizə aparacaqlar.

 21–26 iyun

 12 idman növü

 59 bölgə

 2000+ iştirakçı

Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

Gələcəyin çempionları ilk Respublika İdman Olimpiadasında müəyyənləşəcək!

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23160-1