18-20 noyabr 2024-cü il tarixlərində Bosniya-Herseqovinanın Sarayevo şəhərində keçirilən taekvondo üzrə 21 yaşadək idmançıların Avropa çempionatında ölkəmizi təmsil edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançısı Səyyad Dadaşov (məşqçisi əməkdar məşqçi Tural Vəlibəyov) 54 kq çəki dərəcəsində III yeri tutaraq Avropa çempionatının bürünc medalını qazanmışdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ