31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən voleybol dərnək qruplarının şagirdləri arasında yarış keçirilmişdir.
Yarışda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon ümumtəhsil müəssisələrində idman profilli dərnək qruplarında təhsil alan VII-XI sinif şagirdlərindən (oğlanlar və qızlar) ibarət komandalar iştirak etmişdir.
Yarışın nəticələrinə görə oğlanlar arasında Qusar Rayon Bədişqala kənd tam orta ümumtəhsil məktəbi I yer, Qusar Rayon Əniğ kənd tam orta ümumtəhsil məktəbi II yer, Quba Rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta ümumtəhsil məktəbi III yer, qızlar arasında isə Qusar Rayon Urva kənd tam orta ümumtəhsil məktəbi I yer, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey II yer və Qusar Rayon Çiləgir kənd tam orta ümumtəhsil məktəbi III yerə layiq görülmüşdür.





Yeni Şərh