Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən BilBacar müsabiqəsinə qoşulmuş 64 ümumi təhsil müəssisəsinin rəhbərləri və sektorlar üzrə koordinatorlarla görüş keçirilib.
Görüşdə BilBacar müsabiqəsinin "Yarış" mərhələsinin gedişatı barədə müzakirə aparılıb və qarşıya çıxan problemlərin həlli istiqamətində tövsiyələr verilib. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Yeni Şərh