BilBacar müsabiqəsinin IV – “Yarış” mərhələsi keçirilir

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri müsabiqənin bu mərhələsində öz bilik və bacarıqlarını sınayırlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərinin oxu savadlılığını inkişaf etdirmək, onların mətni anlama, təhlil etmə və nəticə çıxarma qabiliyyətlərini gücləndirmək, həmçinin mütaliəyə marağı artırmaqdır. Bununla yanaşı, şagirdlərin kompüter əsaslı qiymətləndirmə mühitində praktiki təcrübə qazanmaları da hədəflənir.