BilBacar müsabiqəsinin qalibləri elan olundu

2024-cü ilin oktyabr ayından etibarən keçirilən BilBacar müsabiqəsinin final mərhələsi başa çatıb və qaliblər müəyyən olunub.

Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Tural Sultanov final mərhələsində uğurla çıxış edərək 2-ci yerə layiq görülüb.

Şagirdimizi təbrik edir, gələcək təhsil və fəaliyyətində ona uğurlar arzulayırıq!

Eyni zamanda, əvvəlcədən elan olunduğu kimi, müsabiqədə iki xüsusi nominasiyada — “Ən fəal iştirakçılıq” və “Ən yaxşı nəticə” üzrə qalib məktəblər də müəyyənləşdirilmişdir.

Qeyd edək ki, “Ən fəal iştirakçılıq” nominasiyası üzrə qalib gəlmiş 10 məktəbdən 5-i Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir:

• Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi

• Xaçmaz rayonu Tarverdi Bayramov adına Müşkür kənd tam orta ümumtəhsil məktəbi

• Quba şəhəri Zaur Cəfərov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

• Xaçmaz şəhəri İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

• Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi

Qalib məktəbləri də bu uğurları münasibətilə təbrik edir, onların pedaqoji kollektivinə və şagirdlərinə gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq!

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #BilBacar