Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsi yenidən başlayır.

Müsabiqə 2025/2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edəcək.

Müsabiqənin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22519-1

#ElmvəTəhsilNazirliyi #EduGovAZ #EduAz #MUTDA #BilBacar #Müsabiqə