BilBacar müsabiqəsinin “Hazırlıq” mərhələsinə start verilib

Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər BilBacar müsabiqəsinin “Hazırlıq” mərhələsində iştirak edirlər.

Bu mərhələdə şagirdlər iki növ mətn (bədii və informativ) əsasında müxtəlif tipli sualları cavablandıracaqlar. “Hazırlıq” mərhələsinin əsas məqsədi şagirdlərin növbəti “Yarış” mərhələsinə daha sistemli şəkildə hazırlaşmasını təmin etməkdir.

Qeyd edək ki, builki BilBacar müsabiqəsinin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil etmə və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərinə marağı artırmaq, həmçinin şagirdlərin kompüter əsaslı qiymətləndirmə mühitində təcrübəsini genişləndirməkdir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ