BilBacar müsabiqəsinə qeydiyyat başlayıb!

İbtidai təhsil səviyyəsində tədris aparan bütün məktəblər 3 noyabr 2025-dən etibarən müsabiqəyə qeydiyyatdan keçə bilərlər.

Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:

✳️ bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;

✳️ Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.

ℹ️ Müsabiqə 3 və 4-cü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişafına yönəlib və 4 hazırlıq, 4 yarış mərhələsini əhatə edir.

Daha ətraflı məlumat bilbacar.edu.az saytında.

#ElmVəTəhsilNazirliyi #EduAz #MÜTDA #ARTİ #BilBacar #Müsabiqə