BilBacar müsabiqəsinin III yarış mərhələsinin yekunlarının təhlili və IV yarış mərhələsi üzrə qarşıya qoyulan hədəflərlə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, müsabiqənin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir. Çıxışı zamanı o, müsabiqənin III mərhələsinin nəticələrinin təhlil olunmasının əhəmiyyətini vurğulamış, əldə olunan nəticələr əsasında növbəti mərhələdə daha yüksək nailiyyətlərin əldə edilməsi üçün məktəblərin qarşısında duran vəzifələr barədə məlumat vermişdir.
Müzakirələr zamanı məktəb direktorları tərəfindən III mərhələnin nəticələri, şagirdlərin müsabiqəyə hazırlanması prosesi və qarşıdakı mərhələdə görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır. Sonda IV yarış mərhələsində qarşıya qoyulan məqsədlərə nail olunması üçün zəruri tövsiyələr verilmişdir.
Yeni Şərh