Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Cerebry” rəqəmsal platforması üzrə tədris prosesi davam edir.
Platforma təhsilalanların səriştə əsaslı tapşırıqları həll etmək bacarığının təkmilləşdirilməsi məqsədilə seçilmiş region üzrə 27 məktəbdə istifadəyə verilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə layihəsi olan “Cerebry” rəqəmsal platformasının istifadəsində əsas məqsəd şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri real həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsidir.
“Cerebry” platforması müasir texnologiyalar vasitəsilə şagirdlərin fərdi inkişafını izləməyə və qiymətləndirməyə imkan verir. Sistem müəllimlərə şagirdlərin zəif və güclü tərəflərini müəyyən etməyə kömək edir, bununla da təlim prosesini daha effektiv və məqsədyönlü təşkil etməyə şərait yaradır.
Yeni Şərh