18 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində İnsan İnkişafı, Uşaq və Gənclər, Sağlamlıq və Təhsil tematik günündə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilən tədbirlər planı uğurla baş tutmuşdur.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Həmid Kazımzadə iqlim problemləri və dayanıqlı həll yolları mövzusunda keçirilən panel müzakirələrinə qatılaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında fəal iştirak etmişdir.
#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #COP29 #COP29Azerbaijan


Yeni Şərh