📌30 may 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində "Məktəblilərarası Milli Hakaton -2025" layihəsinin II əyani mərhələsi keçirilmişdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan 182 nəfər şagird və Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin 62 şagirdi olimpiada mərhələsində iştirak etmişdir.

📝Qeyd edək ki, ən yüksək nəticə göstərən şagirdlər növbəti mərhələyə – yarımfinala vəsiqə qazanacaqlar.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #hakaton