Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başlayıb.
22-25 aprel tarixlərində keçiriləcək seçim turunda olimpiadanın qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 15 000-dən artıq şagird iştirak edəcək. İştirakçılar mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Yeni Şərh