15 000 şagird “Milli Hakaton” Olimpiadasının seçim mərhələsində!

“Məktəblilərarası Milli Hakaton”un qeydiyyat və seçim mərhələsində iştirak edən 300 000-dən çox şagird arasından 15 000-i olimpiadanın seçim mərhələsinə vəsiqə qazanıb! 🤩

Tapşırıqları yerinə yetirərək ən yüksək nəticə göstərən 8–11-ci sinif şagirdlərinin 5%-i yarışa davam edəcək.

“Milli Hakaton”un qeydiyyat və seçim mərhələsində iştirak edib, növbəti mərhələyə keçməyən şagirdlər üçün isə motivasiyaedici imkanlar nəzərdə tutulub. Onlar “Learn Algoritmika” platformasında iştirakçı sertifikatı əldə edəcək, həmçinin “Milli Hakaton” müddətində interaktiv kvizlər, əyləncəli videolar və digər maraqlı fəaliyyətlərə qoşularaq vaxtlarını səmərəli keçirə biləcəklər.

Seçilmiş şagirdlərin siyahısı rəsmi vebsaytda – codehouredu.az-da yerləşdirilib!

#ElmVəTəhsilNazirliyi #RəqəmsalGələcək #KodlaGələcəyiniQur #RəqəmsalBacarıqlar #MilliHakaton2025