12 aprel tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqənin nəticələrini şagirdlər 22 aprel tarixindən etibarən http://kenquru-2025.az/ platformasında şəxsi kabinetlərindən və ya təhsil aldığı ümumtəhsil müəssisəsindən öyrənə bilərlər.

Bildiririk ki, müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi biliklərini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.