Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan olunub
2025/2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub.
Müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5300 təhsilalanın maliyyələşdirilməsi mümkündür.
Müraciət üçün son tarix 10 oktyabr 2025-ci ildir.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22407-1
#ElmVəTəhsilNazirliyi #MÜTDA #EduGovAz #EduAz #QrantMüsabiqə
Yeni Şərh