Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 58 məktəbəqədər təhsil müəssisəsində “Fiziki mədəniyyət” mövzusunda məşğələ aylığı keçirilir.

Aylıq çərçivəsində uşaqların fiziki inkişafının dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi və hərəkət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif idman oyunları, estafet yarışları və maarifləndirici fəaliyyətlər təşkil olunur.

Keçirilən məşğələlər uşaqlarda komandada işləmək, çeviklik, dözümlülük və sağlam həyat vərdişlərinin formalaşdırılmasına xidmət edir.