Balacalar su çərşənbəsini sevinc və şənliklə qarşıladılar

Su çərçənbəsi ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində balacaların iştirakı ilə maraqlı və rəngarəng tədbirlər keçirilmişdir.

Balacalar suyun təmizlik və yenilənmə rəmzi olduğunu öyrənmiş, şeirlər söyləmiş, mahnılar ifa etmiş və müxtəlif yaradıcı fəaliyyətlərdə iştirak etmişlər.

Şən və səmimi atmosferdə təşkil olunan tədbirlər uşaqlarda milli-mənəvi dəyərlərə sevgi hissinin formalaşmasına töhfə vermişdir.