Gender bərabərliyi mövzusunda maarifləndirici görüşlər təşkil edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində keçirilən tədbirlər zamanı iştirakçılara gender bərabərliyinin əsas prinsipləri, cəmiyyətdə bərabər hüquq və imkanların təmin olunmasının vacibliyi haqqında məlumat verilib.

Görüşlərdə erkən yaşlardan sosial ədalət anlayışının formalaşdırılması, stereotiplərin aradan qaldırılması və qarşılıqlı hörmətin təşviqi məqsədilə interaktiv təqdimatlar, müzakirələr və maarifləndirici çıxışlar həyata keçirilib.

Tədbirlərin əsas məqsədi gender bərabərliyinin təməl dəyər kimi aşılanması, uşaqlarda düzgün sosial davranış modellərinin formalaşdırılması və mövzu üzrə məlumatlılığın artırılması olub.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA