Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Qusar şəhərində məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün peşəkar psixoloqların iştirakı ilə maarifləndirici loqopedik və psixoloji təlim-seminar təşkil olunmuşdur.
Seminarın əsas məqsədi erkən yaş dövründə uşaqların nitq və psixoloji inkişaf xüsusiyyətləri, inkişaf ləngimələrinin ilkin əlamətlərinin vaxtında aşkarlanması, korrektiv-pedaqoji yanaşmaların tətbiqi və inklüziv təhsil mühitində effektiv ünsiyyət strategiyalarının formalaşdırılması olmuşdur.
Tədbirdə peşəkar psixoloqlar Fidan Bağırova və Ema Rzayeva çıxış edərək, müasir elmi əsaslara söykənən diaqnostik və müdaxilə metodları, praktik müşahidə və qiymətləndirmə mexanizmləri, həmçinin tərbiyəçi–valideyn–mütəxəssis əməkdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat vermişlər.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, məktəbəqədər təhsil müəssisələrində psixoloji və loqopedik dəstəyin sistemli və məqsədyönlü şəkildə təşkilinin vacibliyi bir daha vurğulanmışdır.
Yeni Şərh