Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 58 məktəbəqədər təhsil müəssisəsində “Məntiqi və riyazi təfəkkürün inkişafı” mövzusunda məşğələ aylığı keçirilmişdir.

Məşğələ zamanı uşaqlarda məntiqi düşünmə, müqayisəetmə, qruplaşdırma, ardıcıllıq qurma, sayma və sadə riyazi anlayışların formalaşdırılmasına yönəlmiş interaktiv tapşırıqlar, didaktik oyunlar və praktik fəaliyyətlər təşkil edilmişdir. Həmçinin uşaqların yaş xüsusiyyətlərinə uyğun əyani vəsaitlərdən və müasir təlim metodlarından istifadə olunmuş, onların fəallığı və müstəqil düşünmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilmişdir.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ #məktəbəqədər #bağça