Quba-Xaçmaz Regional Təhsil İdarəsində məktəbəqədər təhsil müəssisələrin rəhbərləri ilə iclas keçirilib
30 oktyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli, 314 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları” ilə bağlı iclas keçirilmişdir.
İclasda Regional Təhsil İdarəsinin maliyyə sektoru və digər struktur bölmələrinin əməkdaşları iştirak etmişlər. Görüş zamanı uşaqlar üçün yeni sutkalıq qida normalarının tətbiqi, vahid menyunun tərtibi və bu istiqamətdə nəzərdə tutulan yeniliklər ətrafında geniş müzakirələr aparılmış, iştirakçıların təklif və sualları cavablandırılmışdır.
Tədbirin məqsədi məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam və balanslaşdırılmış qidalanmasını təmin etmək, həmçinin yeni normativ sənədin düzgün tətbiqinə dair maarifləndirmə işlərini həyata keçirmək olmuşdur.
Yeni Şərh