Mentorluq proqramı çərçivəsində növbəti görüşlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin mentorluq proqramı çərçivəsində Quba rayonu Alekseyevka kənd 17 nömrəli körpələr evi-uşaq bağçasında və Quba rayonu Güləzi kənd körpələr evi-uşaq bağçasında yeni təyin olunmuş müdirlərlə növbəti görüşlər keçirilib.

Görüşlər zamanı məktəbəqədər təhsil müəssisələrinin idarə olunması, hüquqi və inzibati idarəetmə, təsərrüfat fəaliyyətinin təşkili, uşaqların qidalanması və sağlamlığının qorunması, eləcə də pedaqoji prosesin səmərəli təşkili ilə bağlı məsələlər müzakirə olunub və müvafiq tövsiyələr verilib.

Həmçinin əvvəlki görüşlər zamanı verilmiş tövsiyələrin icra vəziyyəti nəzərdən keçirilib, müəssisələrdə görülən işlər və əldə olunan nəticələr müzakirə edilib.

Keçirilən yekun görüşdə yeni təyin olunmuş müdirlərin fəaliyyətinin nəticələri ümumiləşdirilib, qarşıdakı fəaliyyət istiqamətləri müəyyənləşdirilərək əlavə tövsiyələr verilib.