Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

Təhsil müəssisələrində keçirilən tədbirlər zamanı şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövr barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycanın formalaşmasında və inkişafında xüsusi rolu olan Heydər Əliyev, dövlətə və xalqa xidmət nümunəsi göstərmiş nadir şəxsiyyətlərdəndir. Onun siyasi uzaqgörənliyi və qətiyyətli addımları nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub.

Tədbirlərdə vurğulanıb ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələri yazılıb. Xüsusilə qeyd olunub ki, elmin və təhsilin inkişafı Ulu Öndərin daim diqqət mərkəzində olub. O, xalqın tərəqqisinin əsasını maariflənmədə görərək, gənc nəslin savadlı və vətənpərvər yetişməsinə böyük önəm verib.

Məktəblilərə çatdırılıb ki, bu gün Azərbaycanın qazandığı mühüm uğurlar və beynəlxalq nüfuzu, məhz Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasi kursun nəticəsidir. Onun ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, nəinki bölgədə, həm də dünyada öz sözünü deyən, suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən güclü bir dövlətə çevrilib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #HeydərƏliyev